Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO

2 Mart 2026 16:20

Azərbaycanda çəkilən "Obitus 2026" adlı yeni filmin bəzi kadrları sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, qorxu dolu səhnələri ilə diqqət çəkən film hələ təqdim edilməsə də, yayılan görüntülər geniş müzakirələr yaradıb. Xüsusilə qaranlıq atmosfer, gərgin səhnələr izləyicilərin diqqətini cəlb edib. Sosial media istifadəçiləri yerli istehsal olan filmlə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Layihə ilə bağlı ətraflı məlumat hələlik açıqlanmasa da, filmin 2026-cı ilin sonlarına yaxın tamaşaçılara təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, son illər Azərbaycanda fərqli janrlarda filmlərin çəkilməsi artıb.

Hüseyn
Milli.Az