16 yaşlı qızın meyiti tapıldı

2 Mart 2026 11:50

Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə martın 1-də rayon mərkəzində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo

Milli.Az