Azərbaycan – Şimali Makedoniya matçının hakimi bəlli oldu

2 Mart 2026 13:10

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

Milli.Az xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

"Dalğa Arena"da, saat 15:00-da start götürəcək oyunda baş hakim Anna Adamska olacaq.

Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.

Milli.Az