İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Lideri Seyid Əli Xameneinin ölümü ilə bağlı BMT-yə rəsmi müraciət edib.
Milli.Az xəbər verir ki, məktub Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanıb.
Məktubda 28 fevral 2026-cı ildə İranın müstəqilliyi və ərazi bütövlüyünə qarşı "aqressiv və təxribat xarakterli hərəkətlər" çərçivəsində ABŞ və İsrail tərəfindən İranın ali vəzifəli şəxsinə qəsdən zərbə endirildiyi iddia olunur.
Tehran baş verənləri BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də beynəlxalq hüququn güc tətbiqinin qadağan olunması və dövlətlərin suveren bərabərliyi prinsiplərinin pozulması kimi qiymətləndirir.
Əraqçi məktubunda BMT-ni beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öhdəliklərini yerinə yetirməyə, həmçinin ABŞ və İsrailin bu hadisəyə görə məsuliyyət daşımasını təmin etmək üçün "dərhal, konkret və effektiv tədbirlər" görməyə çağırıb.
Milli.Az