Biz ABŞ-la danışıqlar aparmayacağıq.
Milli.Az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində yazıb.
"Tramp xəyalpərəst ambisiyalarla regionu qarışıqlığa sürüklədi və indi Amerika itkilərinin artmasından narahat olduğunu deyir.
Yanlış hərəkətləri ilə, o, özünəməxsus "Birinci Amerika" şüarını "Birinci İsrail"ə çevirdi və İsrailin hakimiyyəti uğrunda Amerika əsgərlərini qurban verdi.
Bu gün İran xalqı özünü müdafiə edir", - o qeyd edib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
Milli.Az