Yaxın Şərqdəki gərginlik turizmə necə TƏSİR EDİR?

2 Mart 2026 10:48

Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən son hərbi-siyasi gərginliklər turizm sektoruna həm regional, həm də qlobal səviyyədə ciddi təsir göstərir.

Bunu Milli.Az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, turizm təhlükəsiz, həssas iqtisadi sahələrdən biri olduğu üçün belə hadisələr dərhal səyahət qərarlarına təsir edir.

"Hava nəqliyyatı və səyahət marşrutlarının pozulması hazırkı vəziyyətdə əsas təsir aviasiya sektorunda müşahidə olunur. Region ölkələrinin bir çoxu hava məkanını bağlayıb, yüzlərlə uçuş ləğv edilib və ya marşrut dəyişdirilib, yüz minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. Yaxın Şərqdə hava məkanlarının bağlanması nəticəsində 400-dən çox reys ləğv olunub, beynəlxalq hava nəqliyyatında ciddi xaos yaranıb və əsas tranzit mərkəzləri fəaliyyətini məhdudlaşdırıb".

Ekspert qeyd edib ki, bu isə turizm axınının dərhal azalmasına səbəb olur.

"Hazırda  Avropa-Asiya uçuşların əsas  istiqaməti  əvəzolunmaz və  təhlükəsiz  Azərbaycan səmalarından istifadə etməklə  davam edir. Vəziyyətin nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmaq çətin də olsa ümid edirik ki bu hadisələr qısa müddətdə öz həllini tapar turizm sektoru öz işini bərpa edər", - deyə o qeyd edib.

Ayxan
Milli.Az