“Neymar bizim üçün əvəzedilməzdir”

2 Mart 2026 10:00

"Real Madrid" futbol komandasının hücumçusu Rodriqo "Santos"un futbolçusu Neymarın 2026-cı il dünya çempionatında Braziliya millisinə kömək edə biləcəyinə inanır. Gənc forvard təcrübəli həmkarının komandadakı rolunu yüksək qiymətləndirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Rodriqo Neymarın turnirdə iştirakının müzakirə mövzusu belə olmadığını vurğulayıb.

"Neymarın dünya çempionatında iştirakı? Bu, çox məntiqli olardı. Hesab edirəm ki, burada heç bir müzakirədən söhbət gedə bilməz. Təbii ki, bunun üçün o, özünü yaxşı hiss etməli və formada olmalıdır. Hazırda dizindən aldığı zədədən sonra bərpa prosesi keçir. Onsuz qazanılan qələbə yarımçıq qalardı, Neymar bizə lazımdır", - deyə forvard bildirib.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar bu klubun heyətində keçirdiyi 256 rəsmi matçda 149 qol və 71 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, 34 yaşlı futbolçunun hazırkı bazar dəyəri 10 milyon avro (20 milyon AZN) təşkil edir.

Milli.Az