İsrail fövqəladə vəziyyət rejiminin tarixini uzatdı

2 Mart 2026 01:02

İsraildə fövqəladə vəziyyət rejimi martın 12-dək uzadılıb.

Milli.Az xəbər verir ki, fevralın 28-də İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatın ilk saatlarında ölkədə fövqəladə vəziyyət elan olunub.

Hərbi kampaniya martın 12-dək başa çatarsa, fövqəladə vəziyyət rejimi daha tez ləğv edilə bilər.

Lakin əməliyyatlar həmin tarixədək yekunlaşmazsa, müddətin yenidən uzadılması mümkündür.

Milli.Az