Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub.
Milli.Az xəbər verir ki, onlardan 7-si Azərbaycan, 10-u Tacikistan, 11-i Rusiya, 17-si Çin, 5 nəfəri isə Serbiyanın Irandakı diplomatik korpusunun nümayəndələridir.
Son 3 saat ərzində təxliyə olunanlardan 5-i azyaşlıdır.
--------
Martın 2-si saat 19:00-dan 21:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 10 nəfər təxliyə olunub.
Milli.Az xəbər verir ki, təxliyə olunanlardan üçü Azərbaycan, yeddisi isə Rusiya vətəndaşıdır.
Məlumata görə, onlardan ikisi azyaşlıdır.
-----------
İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Milli.Az xəbər verir ki, 28 fevral 08:00-dan - 2 mart saat 14:00-dək İrandan 370 nəfərin təxliyə olunduğu açıqlanıb.
Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər isə xarici ölkələrin (Çin-81, Rusiya-47, Pakistan - 32, Səudiyyə Ərəbistanı - 18, Tacikistan - 30, BƏƏ - 6, İordaniya - 4, Qətər - 3, Banqladeş - 3, Filippin - 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya-1, Polşa-1, Tunis-1, Livan-1, Hindistan-1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.
Milli.Az