Ərdoğan İrana başsağlığı verdi

1 Mart 2026 23:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayatullah Əli Xameneinin vəfatı ilə bağlı dərin kədərini ifadə edərək, bölgədə sülhün bərpası üçün diplomatiya çağırışını yeniləyib.

Milli.Az xəbər verir ki, Ərdoğan sosial media hesabından paylaşdığı mesajda bildirib: "Qonşumuz İranın Dini Lideri Ayatullah Əli Xameneinin dünən baş verən hücumlar nəticəsində həyatını itirməsindən kədərləndim. Cənab Xameneiyə Allahdan rəhmət, qardaş İran xalqına başsağlığı diləyirəm."

Prezident həm öz adından, həm də Türk milləti adından İran xalqı ilə həmrəy olduğunu qeyd edib.

Bölgədəki münaqişə mühitinin sona çatması və yenidən sabitliyin bərqərar olması üçün Türkiyənin diplomatik səylərini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.

Lalə Qüdrətova
Milli.Az