Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Sabah"ın baş məşqçi köməkçisi Valerio Zuddas "Qarabağ"ın köməkçi məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest edib. Davaya səbəb də məhz bu olub.
Həmin epizodda hakim Qurban Qurbanovun köməkçisi Zaur Tağızadəyə və Valdas Dambrauskasın köməkçisi Valerio Zuddasa sarı vərəqə göstərib.
----------
"Qarabağ"- "Sabah" oyununda dava düşüb.
Milli.Az xəbər verir ki, meydan sahiblərinin 3-cü qolundan sonra tərəflər bir-birinə girib.
Ehtiyat oyunçular skamyasında olan məşqçilər və futbolçular əlbəyaxa olublar.
Milli.Az