"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələri qarşısında heç bir iş görməmək niyyətində deyil".
Milli.Az xəbər verir ki, bunu BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Haşimi CNN-ə müsahibəsində bildirib.
"Biz özümüzü müdafiə etməyə hazırıq, amma ümid edirik ki, bu baş verməyəcək", - deyə o vurğulayıb.
Nazir həmçinin zərurət yaranacağı halda BƏƏ-nin daha sərt tədbirlərə keçə biləcəyini də vurğulayıb.
Milli.Az