"Turan Tovuz" və "İmişli" arasındakı matç qolsuz başa çatıb

1 Mart 2026 18:37

Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.

Milli.Az xəbər verir ki, "Turan Tovuz" "İmişli" ilə qarşılaşıb.

"Azərsun Arena"da baş tutan görüşdə qapılara qol vurulmayıb - 0:0.

Turun mərkəzi qarşılaşmasında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək.

Bu nəticədən sonra "Turan Tovuz" hazırda 41 xalla üçüncü pillədə qərarlaşıb. 21 xala malik "İmişli" 9-cu yerdədir

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

Milli.Az