Hal-hazırda Azərbaycan SƏMASI

1 Mart 2026 12:55

İran ətrafında gərginliyin artması, ABŞ və İsrailin mümkün zərbələri barədə söhbətlər fonunda bir çox ölkələr öz hava məkanını bağlamağa başlayıb. 

Milli.Az xəbər verir ki, nəticədə aviaşirkətlər bir neçə saat ərzində marşrutları yenidən qurmaq və reysləri təhlükəsiz istiqamətə yönəltmək məcburiyyətində qalıblar.

Məhz bu məqamda Azərbaycan ön plana çıxıb.

Regionda gərginlik artdığı və məhdudiyyətlər tətbiq edildiyi bir vaxtda, Azərbaycanın hava məkanı beynəlxalq aviasiya üçün əsas işlək dəhlizə çevrilib. Əvvəllər digər marşrutlarla hərəkət edən təyyarələr indi kütləvi şəkildə Azərbaycan üzərindən uçurlar.

"Flightradar24"ün məlumatına görə, hazırda məhz bu istiqamət əsas alternativ yol kimi istifadə olunur. Faktiki olaraq, bu sektordakı beynəlxalq reyslərin böyük hissəsi bizim səmada cəmləşib.

Milli.Az