Trampdan İran Mesajı: "Ya tam nəzarət, ya da bir neçə günlük ağır zərbə"

28 Fevral 2026 23:44

ABŞ Prezidenti Donald Tramp İranın bir çox şəhərini hədəf alan hücumlardan sonra hərbi hərəkatın taleyini müəyyən edəcək iki seçimini açıqlayıb. O, İsrail Baş naziri Netanyahu ilə hər bir məsələdə tam razılığa gəldiklərini vurğulayıb.

Milli.Az xəbər verir ki, Tramp iki seçim irəli sürüb.

Əməliyyatın müddətini uzadaraq bütün strateji nöqtələri tam nəzarət altına almaq.

Əməliyyatı bir neçə gün ərzində bitirib İrana xəbərdarlıq etmək: "Əgər hərbi potensialınızı yenidən inşa etməyə başlasanız, bir neçə ildən sonra təkrar görüşərik".

Trampın sözlərinə görə, İran tərəfi razılaşmaya yaxınlaşıb sonra geri çəkildiyi üçün bu əməliyyat qaçılmaz olub: "Anladım ki, onlar əslində razılaşma istəmirdilər".

Tramp Netanyahu ilə apardığı telefon danışığından sonra hər iki ölkənin eyni mövqedən çıxış etdiyini bildirib.

Tramp hər iki halda İranın bu zərbələrdən sonra özünə gəlməsinin bir neçə il çəkəcəyini iddia edib.

Lalə Qüdrətova
Milli.Az