Netanyahu: "Xamenei ölmüş ola bilər, iqamətgahını məhv etdik"

28 Fevral 2026 23:28

İsrail Baş naziri Benyamin Netanyahu İranın ali lideri Əli Xameneinin iqamətgahının hədəf alındığını və onun həyatını itirdiyinə dair güclü əlamətlərin olduğunu iddia edib. İran tərəfi isə bu iddianı dərhal təkzib edib.

Milli.Az xəbər verir ki, Netanyahu rəsmi açıqlamasında Xameneinin artıq həyatda olmadığına dair bir çox işarənin olduğunu bildirib.

Tehran rəsmiləri Xameneinin ölüm xəbərini inkar etsə də, İran Xarici İşlər naziri Arakçi hücumlar nəticəsində bəzi yüksək rütbəli komandirlərin şəhid olduğunu təsdiqləyib.

İran mediası hücum zamanı Xameneinin gəlini və kürəkəninin həyatını itirdiyi barədə məlumat yayıb.

Netanyahu əməliyyatın lazım olduğu qədər davam edəcəyini və bu müharibənin bölgəyə "real sülh" gətirəcəyini iddia edib.

Lalə Qüdrətova
Milli.Az