Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev müğənnilərin efirlərə qadağan olunması ilə bağlı xəbər yayımlandıqdan sonra onu təhdid edən sənətçilərə sərt cavab verib.
Milli.Az xəbər verir ki, baş redaktor Ə.Vəliyev cavabında müzakirələrin peşəkar müstəvidə aparılmasının tərəfdarı olduğunu bildirib:
"Biz müzakirələrimizi daha peşəkar müstəvidə davam etdirə bilərik. Bunun üçün siz Mətbuat Şurasına müraciət və ya şikayət edə bilərsiniz. Orada ictimai qaydada müzakirə aparmaq olar. Bununla bərabər məhkəməyə də müraciət etmək hüququnuz var. Məhkəməyə müraciət etməzdən əvvəl siz qarşıdakı günlərdə televiziyalara çıxa və bizim xəbəri yalanlaya bilərsiniz. Baxaq, görək, çıxa biləcəksinizmi?".
Qeyd edək ki, ötən gün Manset.az xəbər portalında efirlərə qadağan olunan müğənnilərin siyahısı yayımlanıb.
Həmin videonu təqdim edirik:
Milli.Az