Dünyanın ən hündür binası hədəf alındı: İran raketi "Bürc Xəlifə"nin yaxınlığına düşdü

28 Fevral 2026 21:12

ABŞ və İsrailin hücumlarına cavab verən İran Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və dünyanın ən hündür tikilisi olan "Bürc Xəlifə" binasının yaxınlığını vurub. 

Milli.Az xəbər verir ki, İranın atdığı raketlərdən biri Dubayın simvolu olan "Bürc Xəlifə"nin yaxınlığına düşüb. Kadrlarda binanın ətrafından qatı dumanların yüksəldiyi aydın görünür.

İran təkcə İsraili deyil, eyni zamanda Bəhreyn, BƏƏ, Küveyt, Qətər və İordaniyadakı ABŞ hərbi bazalarını da hədəf alıb. Bəhreyndəki ABŞ hərbi dəniz bazasının vurulduğu bildirilir.

Dünya yeni günə ABŞ və İsrailin İrana qarşı başlatdığı "böyük əməliyyat"la oyanıb. Tehran daxil olmaqla, İranın bir çox mühüm şəhəri hədəf alınıb.

Lalə Qüdrətova
Milli.Az