"Bildiyimə görə, Xamenei və Pezeşkian sağdır"

28 Fevral 2026 19:29

Bildiyimə görə, Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkian sağdırlar.

Milli.Az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a deyib.

"Bütün yüksək vəzifəli şəxslər sağdır, hər şey qaydasındadır", - o, əlavə edib.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin bu gün İsrailin hava zərbələri nəticəsində böyük ehtimalla həlak olduğu təxmin edilir.

Milli.Az