İrandakı əməliyyat neçə gün davam edəcək?

28 Fevral 2026 15:07

İsrailin İranda zərbə endirdiyi əsas hədəflər açıqlanıb. 

Milli.Az xəbər verir ki, bu barədə israilli rəsmi mənbələrə istinadən "The Times of Israel" məlumat yayıb. 

Bildirilib ki, İsrail İranda hökumət və hərbi obyektlərə zərbə endirib: "ABŞ ilə bu gün səhər həyata keçirilən birgə zərbələr İran rejiminin obyektlərinə və hərbi hədəflərə yönəlib".

Bununla yanaşı, mənbə İsrailin hərbi əməliyyatı bir neçə gün davam etdirməyə hazırlaşdığını vurğlayıb.

Milli.Az