Keyfiyyətsiz türk paxlavasını həm dadından, həm də görünüşündən ayırd etmək mümkündür.
Milli.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, paxlava yeyildikdə boğazda yanma hissi yaradırsa, bu, məhsulda qlükoz şərbətindən istifadə oluna biləcəyinə işarədir.
Eyni zamanda fıstıqlı adı ilə satılan, lakin fıstıq dadı hiss olunmayan və yalnız şərbət dadı verən məhsullarda fıstıq əvəzinə başqa xammal istifadə edilə bilər.
İstehlakçılara məhsulu almadan əvvəl dadına baxmaq, təzə hazırlanmasına diqqət etmək tövsiyə edilir. Keyfiyyətli paxlavanın rənginin parlaq, qatlarının isə seçilən olduğu bildirilir.
Mina Mikayılova
Milli.Az