Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığında zərbə endirilib.
Milli.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb.
Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.
Qeyd olunur ki, hadisə strateji əhəmiyyətli zonada baş verib.
Milli.Az