Marko Rubio ABŞ vətəndaşlarını İrana səfər etməməyə və hazırda bu ölkədə olanları dərhal oranı tərk etməyə çağırıb.
Milli.Az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Vaşinqton İranı "qanunsuz həbslərin sponsoru" hesab edir və Tehranı xarici vətəndaşları siyasi təzyiq məqsədilə saxlamakda ittiham edir.
Bildirilib ki, saxlanılan şəxslər azad edilməzsə, ABŞ İranla bağlı əlavə məhdudiyyətlər, o cümlədən ABŞ pasportları ilə səfərə qadağalar tətbiq edə bilər.
Asya
Milli.Az