"İranla bağlı çətin bir qərar verməliyik" - Tramp

28 Fevral 2026 11:11

Donald Tramp İranla bağlı mühüm qərar ərəfəsində olduqlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, RIA Novostinin yaydığı məlumata görə, ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı danışıqları şərh edərkən "Çətin və böyük bir qərar verməliyik" deyə bildirib.

Bundan əvvəl Bədr əl-Busaidi qeyd etmişdi ki, İran ABŞ-la danışıqlar çərçivəsində bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb.

Bu tələb ABŞ tərəfindən nüvə proqramının məhdudlaşdırılması üzrə mümkün razılaşmanın əsas şərti kimi irəli sürülüb. Mövcud ehtiyatların minimum səviyyəyə endirilməsi planlaşdırılır.

Milli.Az