Bakının mərkəzindəki 3 bina SÖKÜLÜR - FOTOlar

28 Fevral 2026 10:15

Bakının mərkəzində 3 bina sökülür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.

Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.

Əldə etdiyimiz digər məlumata görə, sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək.

Milli.Az