“Mənə heç bir efir qadagası qoyulmayıb” - VİDEO

28 Fevral 2026 10:06

Müğənni Ofelya Şabanova barəsində sosial şəbəkələrdə yayılan "efir qadağası" iddialarına münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi haqqında yayılan məlumatlarda onun bəzi televiziya kanallarında efirə çıxışına məhdudiyyət qoyulduğu qeyd olunurdu. Lakin Ofelya Şabanova bu xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

İfaçı açıqlamasında məsələyə aydınlıq gətirib. O, bildirib ki, yayılan söz-söhbətlər əsassızdır və hər hansı qadağa mövcud deyil:

"ATV, ARB və Xəzər TV-nin məsul şəxsləri ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, belə bir göstəriş verilməyib. Mənə qarşı məqsədli şəkildə bu cür məlumatlar yayılır. Deyilənlər tamamilə yalandır".

Müğənni qeyd edib ki, onun fəaliyyətinə hər hansı maneə yoxdur və hazırda yaradıcılıq işlərini davam etdirir. Ofelya Şabanova həmçinin izləyicilərini rəsmi açıqlamalara inanmağa və əsassız paylaşımlara aldanmamağa çağırıb.

Musa
Milli.Az