Şərq mətbəxinin incisi: Sobada soğan dolması

27 Fevral 2026 23:33

Bu resept adi dolmalardan fərqli olaraq sobada bişirilir, bu da soğanların yüngül karamelizə olunmasına və sousun daha qatı, ləzzətli olmasına şərait yaradır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
8-10 ədəd orta boy baş soğan

İçlik üçün: 150 qr dana qiyməsi, 1 stəkan düyü, 1 ədəd xırda doğranmış soğan, 1 diş sarımsaq, 1 x.q. pomidor və 1 x.q. bibər tomatı (salça), 2 x.q. nar şərabı, 1/4 stəkan zeytun yağı, bir ovuc cəfəri, duz, istiot, quru nanə, pul bibər.

Sousu üçün: 1 x.q. pomidor tomatı, 1 x.q. nar şərabı, 3-4 x.q. zeytun yağı, 2 stəkan isti su, duz.

Hazırlanma qaydası:
Soğanların qabığını soyun. Soğanı şaquli tutaraq mərkəzinə qədər bir kəsik atın. Qaynayan su dolu qazanda təxminən 15 dəqiqə (yumşalana qədər) qaynadın. Sonra suyunu süzüb yarpaqlarını bir-bir ayırın.

Yuyulmuş düyü, qiymə, doğranmış soğan, sarımsaq, tomatlar, nar şərabı, yağ, göyərti və ədviyyatları bir qabda yaxşıca yoğurun.

Qaynamış soğan yarpaqlarının şəffaf zarlarını təmizləyin. Hər yarpağın ucuna bir az içlik qoyub rulon şəklində bükün.

Dolmaları dairəvi soba qabına yan-yana düzün. Boş qalan yerlərə rəng qatması üçün çeri pomidor yerləşdirə bilərsiniz.

Sousu hazırlayıb dolmaların üzərinə gəzdirin. 200 dərəcə qızdırılmış sobada soğanların üzəri qızarana və suyunu çəkənə qədər (təxminən 35-45 dəqiqə) bişirin.

Lalə Qüdrətova
Milli.Az