Avropada 981 mindən çox avtomobil üzərində aparılan genişmiqyaslı araşdırma şarj edilə bilən hibridlərin (PHEV) ekoloji təmiz imicini sual altına qoyub. Məlum olub ki, bu avtomobillər real istifadə zamanı rəsmi testlərdə (WLTP) göstəriləndən 3 dəfə çox yanacaq sərf edir.
Milli.Az xəbər verir ki, qaydalara görə hibridlər hər 100 km-ə orta hesabla 1,57 litr yanacaq işlətməlidir. Lakin real göstəricilər 6,12 litrdir. Bu, rəsmi rəqəmlərdən 3,26 dəfə çoxdur.
.jpg)
Elektrik rejimində belə motor işləyir: Hətta tam elektrik rejimində (CD modu) belə daxili yanma mühərriki gözləniləndən daha tez-tez dövriyyəyə girir. Bu rejimdə sərfiyyat testlərdəki rəqəmlərdən iki dəfə yüksək ölçülüb.
Lüks avtomobillər heç vaxt şarja taxılmır: Tədqiqatın ən maraqlı tərəfi lüks seqmentlə bağlıdır. Məsələn, araşdırılan 11 mindən çox Porsche hibridinin yarısından çoxu istifadə müddəti ərzində heç vaxt şarja taxılmayıb. Ferrari və Bentley sahibləri də avtomobili elektriklə doldurmağa maraq göstərmirlər.
.jpg)
Emisya təhlükəsi: Əgər Avropa Birliyi bu sahədəki tənzimləmələri dəyişməsə, növbəti 20 ildə atmosferə əlavə olaraq 25 milyon ton CO2 qazının atılacağı proqnozlaşdırılır.
Lalə Qüdrətova
Milli.Az