İntensiv iş qrafiki olanlar və ya qəfil qonağı gələnlər üçün ideal olan bu şorba cəmi 12 dəqiqəyə (5 dəqiqə hazırlıq, 7 dəqiqə bişmə) süfrənizdə olur. Unun yağda qovrulub tomatla birləşməsi ona həm klassik, həm də doyurucu bir dad verir.
Milli.Az lazım olan ərzaqları təqdim edir (2 nəfərlik):
1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı un
1 xörək qaşığı pomidor tomatı (salça)
1 desert qaşığı bibər tomatı
1 stəkan soyuq su (topaqlanmaması üçün)
4 stəkan isti su
Ədviyyatlar: Pul bibər, quru nanə, istiot, duz
Hazırlanma qaydası:
Qazanda kərə yağı və zeytun yağını əridin. Unu əlavə edib qoxusu çıxana qədər 1-2 dəqiqə qovurun.
Pomidor və bibər tomatını əlavə edib bir az da qovurmağa davam edin.
Topaqlanma olmaması üçün əvvəlcə soyuq suyu əlavə edib çırpıcı ilə sürətlə qarışdırın.
Ardınca isti suyu əlavə edin və qaynamaya buraxın.
Ədviyyatı (nanə, bibər, duz) əlavə edin. 4-5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürün.
Unu qovurarkən rəngini çox tündləşdirməyin, sadəcə xəfif qoxusunun çıxması kifayətdir. Soyuq su əlavə etmək unun topaqlanmasının qarşısını alan ən vacib hiylədir.
Lalə Qüdrətova
Milli.Az