Aşıq Namiq qalmaqallı siyahı ilə bağlı açıqlama verdi - "Ayıb olsun..."

27 Fevral 2026 22:33

Müğənni Aşıq Namiq Fərhadoğlu haqqında efir qadağası qoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Milli.Az xəbər verir ki, Aşıq Namiq sosial şəbəkə hesabında video paylaşaraq, illər boyu səhnədə aşıq musiqisini təbliğ etdiyini vurğulayıb. "Həmişə aşıq musiqisini təbliğ etmişəm. Məgər aşıq musiqisi bayağı sənətdir? Tələbələr yetişdirmişəm, layihələrə rəhbərlik etmişəm. Xalq, bəstəkar mahnıları, muğam ifa etmişəm. Zəng edib bir neçə kanalla maraqlandım ki, mənimlə bağlı onlara qadağa haqqında xəbərdarlıq edilibmi, dedilər ki, yox, belə məlumat verilməyib. Hələ mənim iştirakımla bağlı bir neçə veriliş də çəkilib, gələn həftə efirə gedəcək. Belə yalan məlumatları yayanlara ayıb olsun" deyə o, bildirib.

Qeyd edək ki, efir qadağası qoyulan müğənnilərlə bağlı siyahını manset.az yayımlayıb.

Lalə Qüdrətova
Milli.Az