Xırdalanda binadan yıxılaraq ölən qadının kimliyi bilindi - YENİLƏNİB - FOTO

27 Fevral 2026 22:51

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az