Efir qadağası ilə bağlı iddialara İbrahim Borçalıdan reaksiya

27 Fevral 2026 21:35

Müğənni İbrahim Borçalı haqqında efir qadağası qoyulması ilə bağlı iddiaya cavab verib.

Milli.Az xəbər verir ki, İ. Borçalı bu xəbərin yalan olduğunu bildirib:

"Biz əlaqə saxladıq, kimsə səhvliklə, ya da paxıllıqla adımı yazıb. Bizim onlara aidiyyatımız yoxdur. Ya bilə-bilə, ya da paxıllıqla ediblər. Biz 25 ildir efirdə öz adımızı, mədəniyyətimizi qoruya-qoruya gəlmişik".

Qeyd edək ki, Manset.az saytı efir qadağası qoyulduğu iddia olunan müğənnilərlə bağlı siyahı yayımlayıb. (bizim.media)

Milli.Az