Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri növbəti konsert proqramı ilə dinləyicilər qarşısında uğurla çıxış edib.
Konsertdə orkestrə Cənubi Koreyadan dəvət olunmuş dirijor Jong-hun Bae rəhbərlik edib. Gecənin proqramında F.Mendelssohn 6 saylı Simfoniya (Es-dur), O.Respighi -"Qədim rəqslər və ariyalar" adlı 3 saylı süita, E.Elgar simli orkestr üçün Serenada (e-moll, op.20), eləcə də J.Haydn violonçel və orkestr üçün 1 saylı Konsert (C-dur) səslənib.
Solist Aleksey Miltıxın (violonçel) ifası dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.
Konsert klassik musiqinin zərifliyi, romantik ifadəlilik və qədim musiqi üslubunun incə çalarlarını bir araya gətirərək dinləyicilərə yaddaqalan sənət axşamı bəxş edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az