Ağdam təmsilçisi "Qarabağ"ın heyətində zədə alan Kamilo Duranın səhhəti ilə bağlı yenilik var.
Milli.Az-ın məlumatına görə, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra Kamilo Duranın vəziyyətinin yaxşı olduğu açıqlanıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq", - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, kolumbiyalı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted" - "Qarabağ" (3:2) oyununun 69-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
Milli.Az