Bugün Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub
Bununla bağlı Milli.Az açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırda Şamaxıda xırda təkanlar qeydə alınmaqdadır.
"Düşünmürəm ki, bundan güclü maqnitudalı zəlzələ olar. Çox vaxt ilk təkan daha güclü olur. Hazırda ərazidə qalıq enerjisi hesablanır. Məlum olacaq ki, nə qədər enerji qalıb. Dağıntıya qaldıqda isə yaxşı tikilmiş tikililərdə düşünmürəm dağıntı olsun. Köhnə binalarda bəlkə çat ola bilər. Zəlzələ ətraf rayonlarda da hiss olunub ki, bu da normaldır".
Ayxan
Milli.Az