Avropa Liqasında “Qarabağ”ın keçmiş rəqibləri 1/8 finalda ÜZ-ÜZƏ

27 Fevral 2026 16:22

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkləri atılıb və cütlüklər müəyyən olunub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarşılaşmalar martın 12-si və 19-da baş tutacaq.

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cütlükləri aşağıdakı kimi paylanıb.

Qeyd edək ki, turnir cədvəlinə görə, "Qarabağ" futbol klubunun iki keçmiş rəqibi - Macarıstanın "Ferentsvaroş" klubu Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşa bilər. Hər iki komanda son mövsümlərdə avrokuboklarda Ağdam klubuna məğlub olub.

"Ferentsvaroş" cari mövsümün (2025/26) Çempionlar Liqasına vəsiqəsini itirib və Qurban Qurbanovun komandası qarşısında dramatik play-off mərhələsində ümumi hesabla 4:5 uduzub. "Braqa" isə 2023/24 mövsümündə Avropa Liqasının 1/16 final mərhələsində Azərbaycan çempionuna qarşı sensasion şəkildə məğlub olaraq turnirdən çıxıb (ümumi hesab 5:6).

---------

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:

"Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya);

"Genk" (Belçika) - "Frayburq" (Almaniya);

"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya);

"Bolonya" (İtaliya) - "Roma" (İtaliya);

"Panatinaikos" (Yunanıstan) - "Betis" (İspaniya);

"Selta" (İspaniya) - "Olimpik" (Lion, Fransa);

"Nottingem Forest" (İngiltərə) - "Midtyulland" (Danimarka);

"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə).

Qeyd edək ki, bu mərhələnin oyunları martın 12-si və 19-da keçiriləcək.

Milli.Az