Azarkeşlər Messini yerə yıxdılar - VİDEO

27 Fevral 2026 14:30

Lionel Messi yoldaşlıq görüşündə çətin anlar yaşadı

"İnter Mayami"nin "İndependiente del Valle" ilə keçirdiyi yoldaşlıq matçı zamanı gözlənilməz hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, qarşılaşma zamanı bir neçə azarkeş meydana daxil olaraq Messi ilə şəkil çəkdirmək istəyib. Təhlükəsizlik əməkdaşları isə dərhal müdaxilə edərək buna mane olmağa çalışıblar. Qarışıqlıq zamanı əməkdaşlardan biri həm azarkeşi, həm də Messini ehtiyatsızlıqdan yerə yıxıb.

Baş verən anlar stadionda və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, görüş Inter Miami CFnin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseyn
Milli.Az