Zaur Nəbioğlu danışdı: "İnşallah görüşəcəyik”

27 Fevral 2026 13:49

""Rəngarəng" verilişi bağlanmayıb. İnşallah bazar ertəsi görüşəcəyik".

Milli.Az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında aparıcı Zaur Nəbioğlu deyib.

O bildirib ki, verilişdə bəzi ciddi dəyişikliklər olacaq, lakin bağlanma ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Əlbəttə, son vaxtlar baş verən ciddi hadisələrdən sonra istər dəvət etdiyimiz müğənnilərə, istərsə də ifa olunacaq mahnılara nəzarəti artırmışıq. Verilişimin bağlanması ilə bağlı deyilənlər tamamilə yalandır. İnşallah, bazar ertəsi izləyicilərimizlə yenidən görüşəcəyik. Onu da qeyd edim ki, əgər bir veriliş bağlanırsa, onun təkrarları efirə getmir. 

Dərhal hansısa film və ya başqa bir proqramla əvəz olunur. 

Hazırda isə "Rəngarəng" verilişinin təkrar buraxılışı yayımlanır. Bu da deyilənlərin doğru olmadığını göstərir".

Aparıcı açıqlamasında hər hansı müğənniyə qadağa qoyulub-qoyulmamasına da münasibət bildirib:

"Əgər hansısa müğənniyə qadağa tətbiq olunursa, bunu yalnız kanal rəhbərliyi edə bilər. Təbii ki, mənim şəxsi olaraq dəvət etmədiyim müğənnilər var. Amma rəhbərlik tərəfindən mənə hər hansı ifaçının efirə çıxışına qadağa qoyulması ilə bağlı heç bir məlumat verilməyib".

Milli.Az