Bakıda taksi sürücüsü ilə sərnişin arasında GƏRGİNLİK - VİDEO

27 Fevral 2026 12:15

Bakıda taksi sürücüsü ilə sərnişin arasında baş verən maraqlı dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə sifariş zamanı ünvanı tətbiqdə qeyd edən müştərinin, sürücünün yenidən ünvanı dəqiqləşdirmək istəməsinə əsəbiləşməsi ilə başlayıb. Sərnişin "Ünvanı yazmışam, niyə təkrar soruşursunuz?" deyərək sərt reaksiya verib.

Sürücü isə sakit və səbirli davranaraq vəziyyəti gərginləşdirməyib, ünvanı sadəcə dəqiqləşdirmək istədiyini bildirib. Onun təmkinli münasibəti qarşıdurmanın böyüməsinin qarşısını alıb.

İkilinin dialoqunun əks olunduğu görüntülər qısa zamanda sosial platformalarda yayılıb. İstifadəçilər hadisəyə fərqli mövqedən yanaşıblar. Bəziləri sürücünün peşəkar davranışını təqdir edib, digərləri isə müştərinin reaksiyasını haqlı sayıb.

Məsələ ətrafında müzakirələr davam edir.

Hüseyn
Milli.Az