"Zanger"-Gorayk yolunun Sünik bölgəsinə giriş hissəsində bütün nəqliyyat vasitələri üçün hərəkət müvəqqəti dayandırılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, Ermənistan-İran avtomobil yolu güclü qar fırtınası səbəbindən bağlanıb, bu barədə Yol Departamenti məlumat verib.
27 fevral saat 11:10-a olan məlumata görə, güclü qar fırtınası və aşağı görünmə şəraiti səbəbindən Sünikdə "Zanger"-Gorayk yolunun hissəsi bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Ayxan
Milli.Az