Bütün sosial ödənişlər VERİLDİ

27 Fevral 2026 11:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Milli.Az-a Nazirlikdən məlumat verilib.

Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.

Milli.Az