Britaniyada Epşteyn işi üzrə araşdırma başlanacaq

27 Fevral 2026 11:14

Böyük Britaniyanın müdafiə naziri Con Hili keçmiş şahzadə Endryunun maliyyəçi Ceffri Epşteynlə görüşləri üçün kral Hərbi Hava Qüvvələrinin bazalarından istifadə etməsi ilə bağlı araşdırma aparılmasını tələb edib.

Milli.Az xəbər verir ki, bu barədə The Telegraph nəşri yazıb.

Con Hili son 20 il ərzində Epşteynə məxsus təyyarənin Böyük Britaniya ərazisində olması ilə bağlı qeydlərin tapılması üçün məmurlara "daş üstə daş qoymamaq" göstərişi verib. Nazirlik qalmaqala aydınlıq gətirə biləcək hər hansı məlumatın əldə olunması üçün araşdırmaları davam etdirəcəyini bildirib.

Ötən həftə Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun bəyan edib ki, Epşteynin bəzən göyərtəsində kimliyi bilinməyən qadınlarla birlikdə Hərbi Hava Qüvvələri bazalarına enməsinə icazə verilməsi dövlət qurumlarının onun cinayətlərinə dolayısı ilə şərait yaratmış ola biləcəyini göstərir.

Məlumata görə, sabiq baş naziri xüsusilə Epşteynin 2000-ci ilin dekabrında "Gulfstream" tipli şəxsi təyyarə ilə Norfolkdakı aviabazaya etdiyi uçuş narahat edir.

Ayxan

Milli.Az