Mikayıl Müşfiqlə bağlı 6 il sonra DNT nəticəsi açıqlandı

27 Fevral 2026 10:51

Mikayıl Müşfiqin 6 il əvvəl sümük qalıqları tapıldığı iddia olunurdu. 

Milli.Az xəbər verir ki, həmin məsələdən sonra şairin ailəsindən DNT analizi götürüldü və 6 il sonra ailəyə cavab gəlib. 

Şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bildirib ki, DNT testinin cavabı mənfi gəlib. Sümüklər Müşfiqə aid deyil. 

Asya
Milli.Az