Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb - YENİLƏNİB - FOTO

27 Fevral 2026 13:15

Bu gün doğma yurduna yola salınan növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 196 nəfərdən ibarət 40 ailə qayıdıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Milli.Az

______________

Saat - 10:12

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Milli.Az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürülüb.

Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər./Report

Milli.Az