Paşinyan Anna Akopyandan ayrıldı

27 Fevral 2026 09:52

Ermənistanın baş naziri Nikol Paşinyan Anna Akopyandan ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə Akopyan sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Paşinyanla yaşadığı hökumət bağını tərk edib.

Akopyan qeyd edib ki, bundan sonra kirayə mənzildə yaşayacaq, çünki aldığı ev hələ tikinti mərhələsindədir.

Paşinyan isə sosial şəbəkə hesabında Akopyanın qərarına hörmətlə yanaşdığını bəyan edib:

"Son 30 il ərzində həyatımın ən çətin günlərində yanımda olub. Anna mənim dayağım və dəstəyim idi. Yəqin ki, ona daha çox acı vermişəm və buna görə ondan üzr istəyirəm."

Ayxan

Milli.Az