60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinin ləğvinin qadağan edilməsi təklif olunur.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, 60 yaşdan yuxarı olan şəxslərin Əmək Məcəlləsində təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin və halların siyahısına daxil edilməsi təklif edilir./Trend.Az
Milli.Az