"Barselona" istəmişdi, PSJ transfer etməyə yaxındır - FOTO

26 Fevral 2026 23:07

"Barselona"nın transfer etmək istədiyi futbolçu PSJ klubuna keçməyə yaxındır.

Milli.Az xəbər verir ki, PSJ hücum xəttini gücləndirmək üçün Xulian Alvarez ilə ciddi maraqlanır və futbolçu üçün rekord təklif hazırlayır. Luis Enrike argentinalı futbolçunu komandada prioritet transfer hesab edir.

Məlumata görə, "Atletiko" onun satışından 150 milyon avrodan çox məbləğ tələb edir.

"Mançester Yunayted" və "Arsenal" da vəziyyəti izləyir, lakin maliyyə baxımından liderlik PSJ-dədir.

Milli.Az