Müğənni Səidə Sultan sosial şəbəkədə televiziya verilişlərində edilən dəyişikliklərlə bağlı paylaşım edib.
Milli.Az-ın məlumatına görə, sənətçi izləyicilərə müraciət edərək televiziyalardakı yeniliklərin əsas səbəbinin tamaşaçıların çoxsaylı şikayətləri olduğunu bildirib:
"Salam əziz insanlar. Bu gün televiziyalarda böyük dəyişikliklərin əsas səbəbkarı sizsiniz. Sizin çoxluq şəkildə şikayətiniz sayəsində biz bunu bacardıq. Güc birlikdədir, sizi sevirəm".
Milli.Az