Balakəndə fərdi yaşayış evində yanğın baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın Balakən rayon Meşəşambul kəndində 1951-ci il təvəlüdlü Burqayev Ramazan Musa oğluna məxsus evdə olub.
Yanğın yerinə Balakən rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 k/m olan birmərtəbəli 5 otaqlı yaşayış evinin bir otağında 6 k/m sahədə döşəmə və 2 k/m sahədə tavan hissəsi yanıb.
Yanğın zamanı ev sahibi Ramazan Burqayev yuxarı ətrafdan yanıq xəsarətləri alıb və o, Təcili Tibbi Yardım birqadasına təhvil verilib.
Milli.Az