Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib - FOTO

26 Fevral 2026 21:58

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar cari ilin fevralın 25-dən başlayaraq Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə "Xocalıya ədalət" çağırışları əks olunub. 

Milli.Az xəbər verir ki, lövhələrdə "Xocalıya ədalət tələb edirik!", "Azərbaycana qarşı cinayəti xatırlayırıq" şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub. 

Lima sakinləri lövhələrdə yer almış "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırım haqqında ətraflı məlumat əldə edə bilərlər. 

Milli.Az